Ana Sayfa > Xəbər > AB qaçqınlara görə razılığa gələ bilmədi

AB qaçqınlara görə razılığa gələ bilmədi


15-09-2015, 12:07. Yazar: admin
AB qaçqınlara görə razılığa gələ bilmədi
Avropa Birliyi (AB) İtaliya, Yunanıstan və Macarıstana gələn 120 min qaçqının bölüşdürülməsi planı üzrə razılığa gələ bilməyib.

Luksemburqun xarici işlər naziri Jean Asselborn sentyabrın 14-də AB daxili işlər nazirlərinin görüşündən sonra deyib ki, “Şuranın bu gün belə bir qərar verməsi hələ tezdir”.

Asselborn-un sözlərinə görə, “durum təcili olsa da, prosedurlara əməl etməliyik”.

Çexiya, Slovakiya və Macarıstan fövqəladə toplantıya qarşı çıxırdı.

Macarıstan polisi bildirib ki, sentyabrın 14-də Serbiya ilə sərhədi keçən 9380 nəfər saxlanıb. Sentyabrın 15-dən ölkədə yeni qanunlar qüvvəyə minir, məqsəd Yaxın Şərqdən miqrant axını ilə mübarizə aparmaqdır.

Geri dön