Zəlimxan Yaqub Almaniyaya aparılır
Tarix: 11-09-2015, 12:24 | Çap et
Zəlimxan Yaqub Almaniyaya aparılır
Azərbaycanın xalq şairi, ictimai xadim, Milli Məclisin deputatı Zəlimxan Yaqub gələn ay müalicə üçün Almaniyaya gedəcək.

Bunun ANS PRESS-ə Zəlimxan Yaqubun özü deyib. Xalq şairi hal-hazırda müalicəsini evdə davam etdirir. "Mən artıq evə buraxılmışam və müalicəmi evdə davam etdirirəm. Oktyabrın 5-də isə Almaniyaya gedəcəm", - deyə Zəlimxan Yaqub bildirib.

Bir neçə gün əvvəl onun səhhətində problemlər yaranmışdı. Xalq şairi döş qəfəsində kəskin ağrıların olduğunu bildirmişdi. Bununla əlaqədar yaxınları onu Mərkəzi Klinik Xəstəxanaya aparıblar. Burada 4 günlük müalicədən sonra o, ötən evə buraxılıb.

Zəlimxan Yaqub 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirib. Əməliyyat zamanı xalq şairinin hər iki böyrəyi çıxarılıb. Müxtəlif ölkələrdə müalicə alan şairin müalicəsi dövlət tərəfindən maliyyələşdirilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net