Ana Sayfa > Xəbər > Zəlimxan Yaqub Almaniyaya aparılır
Zəlimxan Yaqub Almaniyaya aparılır11-09-2015, 12:24. Yazar: admin |
Azərbaycanın xalq şairi, ictimai xadim, Milli Məclisin deputatı Zəlimxan Yaqub gələn ay müalicə üçün Almaniyaya gedəcək. Bunun ANS PRESS-ə Zəlimxan Yaqubun özü deyib. Xalq şairi hal-hazırda müalicəsini evdə davam etdirir. "Mən artıq evə buraxılmışam və müalicəmi evdə davam etdirirəm. Oktyabrın 5-də isə Almaniyaya gedəcəm", - deyə Zəlimxan Yaqub bildirib. Bir neçə gün əvvəl onun səhhətində problemlər yaranmışdı. Xalq şairi döş qəfəsində kəskin ağrıların olduğunu bildirmişdi. Bununla əlaqədar yaxınları onu Mərkəzi Klinik Xəstəxanaya aparıblar. Burada 4 günlük müalicədən sonra o, ötən evə buraxılıb. Zəlimxan Yaqub 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirib. Əməliyyat zamanı xalq şairinin hər iki böyrəyi çıxarılıb. Müxtəlif ölkələrdə müalicə alan şairin müalicəsi dövlət tərəfindən maliyyələşdirilib. Geri dön |