“Elnarə Təhməzova bir qələt etdi, üzr istədi”
Tarix: 10-09-2015, 12:23 | Çap et
“Elnarə Təhməzova bir qələt etdi, üzr istədi”
Xanım aparıcı hər zaman olduğu kimi “İncə maraqlar” və “İncə+” verilişləri ilə tamaşaçıların görüşünə gələcək. “ANS” Şirkətlər Qrupu prezidentinin mətbuat müşaviri Mayis Məmmədov Modern.az saytına açqılamasında bunu təsdiq edib:

“Elnarə ANS-də işə başlayır və burda qeyri-adi heç nə yoxdur”.

Mais Məmmədov xanın aparıcının yenidən efirə qayıtmasında hər hansı qəbahət görmür: “Hər insan səhv edə bilər. O da bir qələt etdi, üzrünü istədi, daha nə istəyir insanlar, başa düşə bilmirəm...
ANS-dən qovuldu. Bu insan 4-5 ay işsiz qaldı. Deyirsiniz asaq-kəsək, bir daha işləməsin?!”

“İncə maraqlar” verilişində aparıcı Elnarə Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları “bayquş”a bənzətmişdi. Bundan sonra ANS-in Yaradıcılıq Şurası araşdırma apararaq aparıcını efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi. ANS TV həmin verilişləri yenidən ekranlara qaytarır.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net