Ana Sayfa > Xəbər > “Elnarə Təhməzova bir qələt etdi, üzr istədi”
“Elnarə Təhməzova bir qələt etdi, üzr istədi”10-09-2015, 12:23. Yazar: admin |
Xanım aparıcı hər zaman olduğu kimi “İncə maraqlar” və “İncə+” verilişləri ilə tamaşaçıların görüşünə gələcək. “ANS” Şirkətlər Qrupu prezidentinin mətbuat müşaviri Mayis Məmmədov Modern.az saytına açqılamasında bunu təsdiq edib: “Elnarə ANS-də işə başlayır və burda qeyri-adi heç nə yoxdur”. Mais Məmmədov xanın aparıcının yenidən efirə qayıtmasında hər hansı qəbahət görmür: “Hər insan səhv edə bilər. O da bir qələt etdi, üzrünü istədi, daha nə istəyir insanlar, başa düşə bilmirəm... ANS-dən qovuldu. Bu insan 4-5 ay işsiz qaldı. Deyirsiniz asaq-kəsək, bir daha işləməsin?!” “İncə maraqlar” verilişində aparıcı Elnarə Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları “bayquş”a bənzətmişdi. Bundan sonra ANS-in Yaradıcılıq Şurası araşdırma apararaq aparıcını efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi. ANS TV həmin verilişləri yenidən ekranlara qaytarır. Geri dön |