
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında uşaq ölümü baş verib. Sentyabrın 4-də xəstəxanada qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirən ana Günel Babayevanın körpəsi ölüb.
Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, doğulan uşağın ölümü ilə bağlı nazirliyin komissiyasında araşdırma aparılır. Araşdırmanın yekunları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.