Ana Sayfa > Xəbər > Bakıda körpə doğuş zamanı öldü

Bakıda körpə doğuş zamanı öldü


8-09-2015, 12:36. Yazar: admin
Bakıda körpə doğuş zamanı öldü
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında uşaq ölümü baş verib. Sentyabrın 4-də xəstəxanada qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirən ana Günel Babayevanın körpəsi ölüb.

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, doğulan uşağın ölümü ilə bağlı nazirliyin komissiyasında araşdırma aparılır. Araşdırmanın yekunları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Geri dön