ANS-in efirində şokedici layihə (FOTO)
Tarix: 7-09-2015, 18:21 | Çap et
ANS-in efirində şokedici layihə (FOTO)
Ötən mövsümdə "Əslində mən" verilişinin aparıcısı kimi ANS TV-nin efirində görünən Ülviyyə Alovlu yeni telemövsümdə tamaşaçıları şok edəcək.

ANS PRESS-in məlumatına görə, aparıcı "Şok ol ad" layihəsilə efirə qayıdır. Şou-biznesin əhatə edəcək veriliş həftə içi hər gün saat 13.30-dan 14.20-dək birbaşa yayımlanacaq.

Ülviyyə Alovlu açıqlamasında, verilişinin şok nüanslarla zəngin olacağını anons etdi:

"Verilişimizdə həm şou xəbərlər olacaq, həm də şou-biznesdə baş verənlərin müzakirəsi. Baş verən hadisələrə jurnalist araşdırması aparılacaq. Səs-küylü hadisələrə tanınmış şou-yazarlar eksper kimi rəy bildirəcəklər. Mövzuların müzakirəsinə təcrübəli sənətkarlar dəvət ediləcək. Bir sözlə, çox maraqlı olacaq, bizi izləyin".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net