Ana Sayfa > Xəbər > ANS-in efirində şokedici layihə (FOTO)
ANS-in efirində şokedici layihə (FOTO)7-09-2015, 18:21. Yazar: admin |
Ötən mövsümdə "Əslində mən" verilişinin aparıcısı kimi ANS TV-nin efirində görünən Ülviyyə Alovlu yeni telemövsümdə tamaşaçıları şok edəcək. ANS PRESS-in məlumatına görə, aparıcı "Şok ol ad" layihəsilə efirə qayıdır. Şou-biznesin əhatə edəcək veriliş həftə içi hər gün saat 13.30-dan 14.20-dək birbaşa yayımlanacaq. Ülviyyə Alovlu açıqlamasında, verilişinin şok nüanslarla zəngin olacağını anons etdi: "Verilişimizdə həm şou xəbərlər olacaq, həm də şou-biznesdə baş verənlərin müzakirəsi. Baş verən hadisələrə jurnalist araşdırması aparılacaq. Səs-küylü hadisələrə tanınmış şou-yazarlar eksper kimi rəy bildirəcəklər. Mövzuların müzakirəsinə təcrübəli sənətkarlar dəvət ediləcək. Bir sözlə, çox maraqlı olacaq, bizi izləyin". Geri dön |