ATƏT PA Dağlıq Qarabağda monitorinq aparmır
Tarix: 3-09-2015, 16:19 |
Çap et
"ATƏT-in Parlament Assambleyası (PA) təşkilata üzv olan ölkələrdə parlament seçkilərinin monitorinqini aparır. Dağlıq Qarabağ isə ATƏT-in üzvü deyil".
Bu barədə Trend-ə ATƏT PA-nın mətbuat xidmətindən separatçı rejimin sentyabrın 13-də qondarma "seçkilər" keçirməyə qərar verməsi barədə məlumatı şərh edərkən bildirilib.
Qeyd olunub ki, ATƏT PA ATƏT-in Minsk qrupunu və onun münaqişənin sülh yolu ilə tənzimləmək səylərini dəstəkləyir.