Ana Sayfa > Xəbər > ATƏT PA Dağlıq Qarabağda monitorinq aparmır

ATƏT PA Dağlıq Qarabağda monitorinq aparmır


3-09-2015, 16:19. Yazar: admin
ATƏT PA Dağlıq Qarabağda monitorinq aparmır
"ATƏT-in Parlament Assambleyası (PA) təşkilata üzv olan ölkələrdə parlament seçkilərinin monitorinqini aparır. Dağlıq Qarabağ isə ATƏT-in üzvü deyil".

Bu barədə Trend-ə ATƏT PA-nın mətbuat xidmətindən separatçı rejimin sentyabrın 13-də qondarma "seçkilər" keçirməyə qərar verməsi barədə məlumatı şərh edərkən bildirilib.

Qeyd olunub ki, ATƏT PA ATƏT-in Minsk qrupunu və onun münaqişənin sülh yolu ilə tənzimləmək səylərini dəstəkləyir.

Geri dön