Zakir Fərəcov Sumqayıta başçı gətirildi? - Qardaşından açıqlama
Tarix: 2-09-2015, 16:54 |
Çap et
Ötən gündən başlayaraq Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıtın icra başçısı təyin olması haqda məlumatlar yayılıb.
Abşeronun icra başçısı Zakir Fərəcovun qardaşı, millət vəkili Nazim Fərəcov AzVision.az-a açıqlamasında deyilənlərə aydınlıq gətirib.
Deputat qardaşı Zakir Fərəcovun Sumqayıta icra başçısı təyin olunmasının prezidentin səlahiyyətində olduğunu deyərək bu haqda rəsmi sərəncamın olmadığını bildirib.
`Cənab prezidentin bu barədə sərəncamı olarsa, ondan sonra nəisə demək olar. Hazırda belə xəbərlərin yayılması əsassızdır. Əgər belə bir təyinat olarsa, rəsmi sərəncam verilər`.
Qeyd edək ki, Zakir Fərəcov 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak edərək Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib.
2005-ci ilin avqust ayının 11-də Prezidentin sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.