Rusiyanın İŞİD-lə bağlı müəmmasına ABŞ- dan REAKSİYA
Tarix: 2-09-2015, 12:09 | Çap et
Rusiyanın İŞİD-lə bağlı müəmmasına ABŞ- dan REAKSİYA
ABŞ Rusiyanın “İslam dövləti” terror təşkilatına (İŞİD) qarşı mübarizəsini o zaman alqışlayar ki, Kreml bu səylərdə daha çox iştirak etsin.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib. O deyib ki, ABŞ bununla belə, Rusiyanın İŞİD əleyhinə geniş tərkibdə mübarizəsini dəstəkləyir.
Mark Toner Rusiyanın döyüş təyyarələrinin İŞİD-ə qarşı Suriyada əməliyyat keçirməsi barədəki iddialara da aydınlıq gətirib.

Dövlət Departamentinin rəsmisi isə vurğulayıb ki, ABŞ iddianın doğru olub-olmamasını araşdırır.

“Rusiya rəsmi şəxslərinə cavab olaraq deyirəm ki, İŞİD-lə mübarizə bizim üçün çox vacibdir. İndi 37 ölkə anti-İŞİD koalisiyasında iştirak edir”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Rusiya təyyarələrinin İŞİD hədəflərini bombalamasına dair yayılan xəbərləri təkzib etmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net