Ana Sayfa > Xəbər > Rusiyanın İŞİD-lə bağlı müəmmasına ABŞ- dan REAKSİYA
Rusiyanın İŞİD-lə bağlı müəmmasına ABŞ- dan REAKSİYA2-09-2015, 12:09. Yazar: admin |
ABŞ Rusiyanın “İslam dövləti” terror təşkilatına (İŞİD) qarşı mübarizəsini o zaman alqışlayar ki, Kreml bu səylərdə daha çox iştirak etsin. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib. O deyib ki, ABŞ bununla belə, Rusiyanın İŞİD əleyhinə geniş tərkibdə mübarizəsini dəstəkləyir. Mark Toner Rusiyanın döyüş təyyarələrinin İŞİD-ə qarşı Suriyada əməliyyat keçirməsi barədəki iddialara da aydınlıq gətirib. Dövlət Departamentinin rəsmisi isə vurğulayıb ki, ABŞ iddianın doğru olub-olmamasını araşdırır. “Rusiya rəsmi şəxslərinə cavab olaraq deyirəm ki, İŞİD-lə mübarizə bizim üçün çox vacibdir. İndi 37 ölkə anti-İŞİD koalisiyasında iştirak edir”. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Rusiya təyyarələrinin İŞİD hədəflərini bombalamasına dair yayılan xəbərləri təkzib etmişdi. Geri dön |