110 min oğurlayan dəstə ilə bağlı - Əməliyyat
Tarix: 1-09-2015, 15:17 | Çap et
110 min oğurlayan dəstə ilə bağlı - Əməliyyat
Bu ilin iyulun 26-da Bakı şəhər sakini Şəhla Əhmədovanın yaşadığı evdən 110 min manatlıq oğurluq edən dəstənin digər üzvü də saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, dəstə üzvləri içərisində 40000 manat və 20000 ABŞ dolları, habelə 50000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlayıblar.

Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsi, Nərimanov RPİ 16-ci Polis Bölməsi və Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində dəstənin digər üzvü, Tərtər rayon sakini Asəf Əliyev Samux rayonunda saxlanılıb.

Qeyd edək ki, iyulun 31-də Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstənin üzvü Tərtər rayon sakini, əvvəllər məhkum olunan Tural Əzizov saxlanılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net