Ana Sayfa > Xəbər > 110 min oğurlayan dəstə ilə bağlı - Əməliyyat
110 min oğurlayan dəstə ilə bağlı - Əməliyyat1-09-2015, 15:17. Yazar: admin |
Bu ilin iyulun 26-da Bakı şəhər sakini Şəhla Əhmədovanın yaşadığı evdən 110 min manatlıq oğurluq edən dəstənin digər üzvü də saxlanılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, dəstə üzvləri içərisində 40000 manat və 20000 ABŞ dolları, habelə 50000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlayıblar. Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsi, Nərimanov RPİ 16-ci Polis Bölməsi və Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində dəstənin digər üzvü, Tərtər rayon sakini Asəf Əliyev Samux rayonunda saxlanılıb. Qeyd edək ki, iyulun 31-də Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstənin üzvü Tərtər rayon sakini, əvvəllər məhkum olunan Tural Əzizov saxlanılıb. Geri dön |