17 yaşlı oğlan bıçaqlandı – Xətaidə
Tarix: 1-09-2015, 14:58 | Çap et
17 yaşlı oğlan bıçaqlandı – Xətaidə
Dünən axşam saatlarında Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Xətai rayonu, M.Hadi küçəsində baş verib.

Bakı sakini 1998-ci il təvəllüdlü Məhəmməd Səfərov avqustun 31-i axşam saatlarında qarnından 3 bıçaq zərbəsi alıb.

M.Səfərov saat 23:10 radələrində 3 saylı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net