Ana Sayfa > Xəbər > 17 yaşlı oğlan bıçaqlandı – Xətaidə
17 yaşlı oğlan bıçaqlandı – Xətaidə1-09-2015, 14:58. Yazar: admin |
Dünən axşam saatlarında Bakıda bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Xətai rayonu, M.Hadi küçəsində baş verib. Bakı sakini 1998-ci il təvəllüdlü Məhəmməd Səfərov avqustun 31-i axşam saatlarında qarnından 3 bıçaq zərbəsi alıb. M.Səfərov saat 23:10 radələrində 3 saylı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır. Geri dön |