"Koreya Günəşi"ndən növbəti qəribə addım
Tarix: 7-08-2015, 13:06 | Çap et
"Koreya Günəşi"ndən növbəti qəribə addım
Şimali Koreya hökuməti saatları 30 dəqiqə geri çəkəcəyini elan edib.

Oxu.az xarici KİV-ə istinadən xəbər verir ki, KXDR hökuməti bunu “məkrli yapon militarizmi”nə qarşı addım adlandırıb.

Koreya Tokio vaxtı ilə XX əsrin əvvəlindən yaşayır, o zaman respublika yapon idarəçiliyi altında idi.

Saatlar avqustun 15-də, yapon qoşunlarının qovulmasının 70-ci ildönümündə geri çəkiləcək.

“Pxenyan vaxtı”nın tətbiqi zamanı eyni meridianda olmalarına baxmayaraq Şimali və Cənubi Koreyanın müxtəlif saat qurşaqlarında yaşayacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net