Ana Sayfa > Xəbər > "Koreya Günəşi"ndən növbəti qəribə addım
"Koreya Günəşi"ndən növbəti qəribə addım7-08-2015, 13:06. Yazar: admin |
Şimali Koreya hökuməti saatları 30 dəqiqə geri çəkəcəyini elan edib. Oxu.az xarici KİV-ə istinadən xəbər verir ki, KXDR hökuməti bunu “məkrli yapon militarizmi”nə qarşı addım adlandırıb. Koreya Tokio vaxtı ilə XX əsrin əvvəlindən yaşayır, o zaman respublika yapon idarəçiliyi altında idi. Saatlar avqustun 15-də, yapon qoşunlarının qovulmasının 70-ci ildönümündə geri çəkiləcək. “Pxenyan vaxtı”nın tətbiqi zamanı eyni meridianda olmalarına baxmayaraq Şimali və Cənubi Koreyanın müxtəlif saat qurşaqlarında yaşayacaq. Geri dön |