Azərbaycanlı qız Türkiyədə istirahətdə boğuldu
Tarix: 5-08-2015, 17:25 | Çap et
Azərbaycanlı qız Türkiyədə istirahətdə boğuldu
Türkiyənin Antalya vilayətinin Kəmər rayonunda yerləşən hotellərdən birinin hovuzunda 6 yaşlı azərbaycanlı Leyla Rzayeva boğularaq ölüb.

Axar.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Leyla Rzayeva böyüklər üçün nəzərdə tutulmuş hovuza yıxılıb.

O, gec də olsa, ətrafdakı turistlər tərəfindən sudan çıxarılıb. Xəstəxanaya çatdırılan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Leyla Rzayevanın xalası Ramidə Quliyeva hotel rəhbərliyinin heç bir təhlükəsizlik tədbiri görmədiyini və şikayətçi olacaqlarını bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net