Ana Sayfa > Xəbər > Azərbaycanlı qız Türkiyədə istirahətdə boğuldu
Azərbaycanlı qız Türkiyədə istirahətdə boğuldu5-08-2015, 17:25. Yazar: admin |
Türkiyənin Antalya vilayətinin Kəmər rayonunda yerləşən hotellərdən birinin hovuzunda 6 yaşlı azərbaycanlı Leyla Rzayeva boğularaq ölüb. Axar.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Leyla Rzayeva böyüklər üçün nəzərdə tutulmuş hovuza yıxılıb. O, gec də olsa, ətrafdakı turistlər tərəfindən sudan çıxarılıb. Xəstəxanaya çatdırılan uşağın həyatını xilas etmək mümkün olmayıb. Leyla Rzayevanın xalası Ramidə Quliyeva hotel rəhbərliyinin heç bir təhlükəsizlik tədbiri görmədiyini və şikayətçi olacaqlarını bildirib. Geri dön |