MTN-nin yaxaladığı narkotik alverçisinə 8 İL HƏBS
Tarix: 3-08-2015, 15:40 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan narkotik maddə gətirməkdə təqsirli bilinən Vurğun Məlikovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, V. Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Vurğun Məlikov Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – Məlikov Vurğun Nazim oğlu saxlanılıb, ondan 1 kiloqram 500 qramdan artıq tiryək aşkar edilərək götürülüb.