Ana Sayfa > Xəbər > MTN-nin yaxaladığı narkotik alverçisinə 8 İL HƏBS
MTN-nin yaxaladığı narkotik alverçisinə 8 İL HƏBS3-08-2015, 15:40. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan narkotik maddə gətirməkdə təqsirli bilinən Vurğun Məlikovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, V. Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Vurğun Məlikov Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – Məlikov Vurğun Nazim oğlu saxlanılıb, ondan 1 kiloqram 500 qramdan artıq tiryək aşkar edilərək götürülüb. Geri dön |