Ramil Usubov qardaşı oğlu ilə bağlı qərar verdi
Tarix: 31-03-2015, 09:03 |
Çap et
Daxili işlər naziri Ramil Usubov bu gün yeni təyinatlarla bağlı iki əmr imzalayıb.
Əmrlər Nərimanov Rayon Polis İdarəsinə şamil olunub.
Nərimanov RPİ 18-ci polis bölməsinin rəisi, polkovnik Fuad Əliyev rayonun 16-cı polis bölməsinə rəis təyin olunub.
Nərimanov RPİ 16-cı polis bölməsinin rəisi, polkovnik-leytenant Hikmət Usubov isə Fuad Əliyevin yerinə təyinat alıb.
Qeyd edək ki, Hikmət Usubov nazir Ramil Usubovun qardaşı oğludur.