
Avropa İttifaqı (Aİ) Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Kiyevə maliyyə yardımının göstərilməsinə fasilə verib.
Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın "Ekonomichna Pravda" nəşri məlumat yayıb.
"Vəziyyət düzələnə qədər hər şeyə fasilə verilib", - deyə nəşr mənbədən sitat gətirib.
Qeyd olunur ki, söhbət ERA (dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə təcili kreditləşdirmə) proqramı çərçivəsində ilin sonuna qədər 17.2 milyard avro, "Ukraine Facility" proqramı kontekstində isə 12.5 milyard avro məbləğində yardımdan gedir.