Ana Sayfa > Xəbər > Ramil Usubov qardaşı oğlu ilə bağlı qərar verdi

Ramil Usubov qardaşı oğlu ilə bağlı qərar verdi


31-03-2015, 09:03. Yazar: admin
Ramil Usubov qardaşı oğlu ilə bağlı qərar verdi
Daxili işlər naziri Ramil Usubov bu gün yeni təyinatlarla bağlı iki əmr imzalayıb.

Əmrlər Nərimanov Rayon Polis İdarəsinə şamil olunub.

Nərimanov RPİ 18-ci polis bölməsinin rəisi, polkovnik Fuad Əliyev rayonun 16-cı polis bölməsinə rəis təyin olunub.

Nərimanov RPİ 16-cı polis bölməsinin rəisi, polkovnik-leytenant Hikmət Usubov isə Fuad Əliyevin yerinə təyinat alıb.

Qeyd edək ki, Hikmət Usubov nazir Ramil Usubovun qardaşı oğludur.

Geri dön