Kreml Trampın Rusiyaya 10-12 gün möhlət verməsi ilə bağlı bəyanatına münasibət bildirib
Tarix: 29-07-2025, 15:36 | Çap et


Kreml ABŞ prezidenti Donald Trampın Ukrayna ilə sülhə nail olmaq üçün Rusiyaya verdiyi möhləti 10-12 günə endirməsi ilə bağlı bəyanatına reaksiya verib.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov rəsmi Moskvanın öz maraqlarını nəzərə almaqla, münaqişənin sülh yolu ilə həll edilməsinə fokuslandığını bildirib.

Peskov Rusiya və ABŞ prezidentlərinin mümkün görüşü barədə xəbərləri şərh edərkən hazırda belə bir məsələnin müzakirə olunmadığını bəyan edib.

Qeyd edək ki, Donald Tramp bir müddət əvvəl Rusiyaya Ukrayna ilə sülhə nail olması üçün 50 gün vaxt verdiyini, əks təqdirdə Moskvaya sanksiyalar tətbiq edəcəyini demişdi.




Xəbərlər
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net