Talibanla dialoq davam etdiriləcək
Tarix: 29-07-2015, 15:00 |
Çap et
Əfqanıstanın hökumət nümayəndələri ilə Taliban arasında növbəti dialoq iyulun 31-də Pakistanda keçiriləcək.
Bunu ölkənin şərqindəki puştu qəbilə icmasının lideri və Ali Sülh Şurasının üzvü Din Mohammad iyulun 29-da AzadlıqRadiosunun əfqan xidmətinə müsahibəsində bildirib.
Tərəflər arasında ilk görüş iyulun 7-də İslamabad ətrafında keçirilib.
Dialoq ABŞ və Çin rəsmilərinin vasitəçiliyi ilə baş tutub.