Ana Sayfa > Xəbər > Talibanla dialoq davam etdiriləcək

Talibanla dialoq davam etdiriləcək


29-07-2015, 15:00. Yazar: admin
Talibanla dialoq davam etdiriləcək
Əfqanıstanın hökumət nümayəndələri ilə Taliban arasında növbəti dialoq iyulun 31-də Pakistanda keçiriləcək.

Bunu ölkənin şərqindəki puştu qəbilə icmasının lideri və Ali Sülh Şurasının üzvü Din Mohammad iyulun 29-da AzadlıqRadiosunun əfqan xidmətinə müsahibəsində bildirib.

Tərəflər arasında ilk görüş iyulun 7-də İslamabad ətrafında keçirilib.

Dialoq ABŞ və Çin rəsmilərinin vasitəçiliyi ilə baş tutub.

Geri dön