Əvvəllər 4 dəfə məhkumluq yaşayan şəxsə yenidən 7 İL HƏBS
Tarix: 29-07-2015, 13:52 | Çap et
Əvvəllər 4 dəfə məhkumluq yaşayan şəxsə yenidən 7 İL HƏBS
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində əvvəllər 4 dəfə məhkum olunan və azadlığa çıxandan sonra oğurluq hadisəsi törətməkdə təqsirli bilinən Eldəniz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, E. Vəliyev 7 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Vəliyev ötən ilin martın 21-də Fəxrəddin Bağırova məxsus dəmir sexindən 1 ton mis oğurlayıb. O, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net