Ana Sayfa > Xəbər > Əvvəllər 4 dəfə məhkumluq yaşayan şəxsə yenidən 7 İL HƏBS
Əvvəllər 4 dəfə məhkumluq yaşayan şəxsə yenidən 7 İL HƏBS29-07-2015, 13:52. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində əvvəllər 4 dəfə məhkum olunan və azadlığa çıxandan sonra oğurluq hadisəsi törətməkdə təqsirli bilinən Eldəniz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, E. Vəliyev 7 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Vəliyev ötən ilin martın 21-də Fəxrəddin Bağırova məxsus dəmir sexindən 1 ton mis oğurlayıb. O, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib. Geri dön |