İsveçrəli mesenat Qarabağda biznesə girişir
Tarix: 28-07-2015, 17:08 |
Çap et
Məşhur isveçrəli mesenat, `Frank Müller` şirkətinin sədri Vartan Sirmakes Ermənistanın baş naziri Ovik Abramyanla görüşdə `Dağlıq Qarabağ` iqtisadiyyatına investisiya yatırmaq istəyini dilə gətirib.
AzVision.az-ın məlumatına görə, bu barədə `News.am` Ermənistan hökumətinin saytına istinadən xəbər verir.
Qeyd edək ki, isveçrəli mesenat `Qədim İrəvan` proqramını maliyyələşdirir. Bu proqramın reallaşdırılmasına 150 milyon dollar vəsait qoyulub.
Görüş zamanı Abramyan və Sirmakes `Dağlıq Qarabağ` iqtisadiyyatının inkişafı ilə bağlı konkret investisiya proqramlarını müzakirə ediblər.