Ana Sayfa > Xəbər > İsveçrəli mesenat Qarabağda biznesə girişir

İsveçrəli mesenat Qarabağda biznesə girişir


28-07-2015, 17:08. Yazar: admin
İsveçrəli mesenat Qarabağda biznesə girişir
Məşhur isveçrəli mesenat, `Frank Müller` şirkətinin sədri Vartan Sirmakes Ermənistanın baş naziri Ovik Abramyanla görüşdə `Dağlıq Qarabağ` iqtisadiyyatına investisiya yatırmaq istəyini dilə gətirib.

AzVision.az-ın məlumatına görə, bu barədə `News.am` Ermənistan hökumətinin saytına istinadən xəbər verir.

Qeyd edək ki, isveçrəli mesenat `Qədim İrəvan` proqramını maliyyələşdirir. Bu proqramın reallaşdırılmasına 150 milyon dollar vəsait qoyulub.

Görüş zamanı Abramyan və Sirmakes `Dağlıq Qarabağ` iqtisadiyyatının inkişafı ilə bağlı konkret investisiya proqramlarını müzakirə ediblər.

Geri dön