Azərbaycanda şəhərlərdə nikahsiz qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb
Tarix: 27-07-2015, 12:12 | Çap et
Azərbaycanda şəhərlərdə nikahsiz qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb
Azərbaycanda şəhər yerlərində rəsmi nikahı olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb, kənd yerlərində isə artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2013-cü ildə rəsmi nikahı olmayan qadınlar tərəfindən 25069, 2014-cü idə 25 486 uşaq doğulub. 2014-cü ildə belə uşaqların sayının nisbətən artmasına baxmayaraq, şəhər yerlərində rəsmi nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb. Belə ki, 2013-cü ildə Azərbaycanda şəhər yerlərində 10 892, 2014-cü ildə isə 9772 uşaq rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib.

Kənd yerlərində isə rəsmi nikahda olmayan qadınlar tərəfindən 2013-cü ildə 14 177, 2014-cü ildə 15 714 uşaq doğulub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net