Ana Sayfa > Xəbər > Azərbaycanda şəhərlərdə nikahsiz qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb
Azərbaycanda şəhərlərdə nikahsiz qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb27-07-2015, 12:12. Yazar: admin |
Azərbaycanda şəhər yerlərində rəsmi nikahı olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb, kənd yerlərində isə artıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2013-cü ildə rəsmi nikahı olmayan qadınlar tərəfindən 25069, 2014-cü idə 25 486 uşaq doğulub. 2014-cü ildə belə uşaqların sayının nisbətən artmasına baxmayaraq, şəhər yerlərində rəsmi nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb. Belə ki, 2013-cü ildə Azərbaycanda şəhər yerlərində 10 892, 2014-cü ildə isə 9772 uşaq rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Kənd yerlərində isə rəsmi nikahda olmayan qadınlar tərəfindən 2013-cü ildə 14 177, 2014-cü ildə 15 714 uşaq doğulub. Geri dön |