Fransada dəhşətli istilər: 700 nəfər həlak oldu
Tarix: 16-07-2015, 18:16 |
Çap et
Fransada havaların həddindən artıq isti keçməsi 29 iyun-5 iyul aralığında 700 nəfərin ölümünə səbəb olub. Bu sensasion açıqlamanı ölkənin səhiyyə naziri Marisol Touraine verib.
Nazir bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm halları 7 faiz, təcili tibbi yardım xidmətindən istifadə isə 3 dəfə artıb.
Səhiyyə naziri ölüm halları nisbətinin, 2003-cü ildə yaşanan dəhşətli istilərlə müqayisədə daha az olduğunu da qeyd edib.
Qeyd olunan tarixdə, yəni 29 iyun-5 iyul arasında Fransanın bir çox bölgələrində havanın temperaturu 40 dərəcədən yüksək olub. Bu isə ölkədə son 60 ilin ən isti günləri hesab olunur.
Xatırladaq ki, Fransada 2003-ci ilin avqust ayında dəhşətli istilər səbəbindən əksəriyyəti yaşlılar olmaqla, təxminən 20 min insan həyatını itirmişdi.