Ana Sayfa > Xəbər > Fransada dəhşətli istilər: 700 nəfər həlak oldu
Fransada dəhşətli istilər: 700 nəfər həlak oldu16-07-2015, 18:16. Yazar: admin |
![]() Fransada havaların həddindən artıq isti keçməsi 29 iyun-5 iyul aralığında 700 nəfərin ölümünə səbəb olub. Bu sensasion açıqlamanı ölkənin səhiyyə naziri Marisol Touraine verib. Nazir bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm halları 7 faiz, təcili tibbi yardım xidmətindən istifadə isə 3 dəfə artıb. Səhiyyə naziri ölüm halları nisbətinin, 2003-cü ildə yaşanan dəhşətli istilərlə müqayisədə daha az olduğunu da qeyd edib. Qeyd olunan tarixdə, yəni 29 iyun-5 iyul arasında Fransanın bir çox bölgələrində havanın temperaturu 40 dərəcədən yüksək olub. Bu isə ölkədə son 60 ilin ən isti günləri hesab olunur. Xatırladaq ki, Fransada 2003-ci ilin avqust ayında dəhşətli istilər səbəbindən əksəriyyəti yaşlılar olmaqla, təxminən 20 min insan həyatını itirmişdi. Geri dön |