
Fransanın Səhiyyə Nazirliyi ötən həftələrdə ölkə ərazisində hakim olan isti havaların 700 nəfərin həyatına son qoyduğunu açıqlayıb.
Avropa.info xəbər verir ki, səhiyyə naziri Marisol Turain ölkə ərazisində 29 iyun-5 iyul tarixləri arasında ölkədə olan isti hava şəraiti 700 nəfərin həlak olmasına səbəb olub.
Turain ötən ilin eyni dövrünə nisbətən ölüm hallarının 7 %, təcili yardıma müraciət edənlərin də 3 dəfə artdığını bildirib.
Bu il istilik səbəbilə ölənlərin sayı 2003-cü ildə şiddətli istilər səbəbilə ölənlərin sayından olduqca aşağı olub.
Fransada 29 iyun-5 iyul tarixləri arasında ölkənin bir çox bölgəsində 40 dərəcədən artıq istilər olub. Ölkə son 60 ilin ən isti günlərini yaşayıb.
2003-ci ilin avqust ayında baş vermiş şiddətli istilər səbəbilə çoxunu tənha yaşayan yaşlı insanların təşkil etdiyi təxminən 20 min nəfər dünyasını dəyişmişdi.