Ana Sayfa > Xəbər > ŞOK: Şiddətli istilər 700 nəfərin həyatına son qoyub - Səhiyyə naziri açıqladı
ŞOK: Şiddətli istilər 700 nəfərin həyatına son qoyub - Səhiyyə naziri açıqladı16-07-2015, 17:49. Yazar: admin |
Fransanın Səhiyyə Nazirliyi ötən həftələrdə ölkə ərazisində hakim olan isti havaların 700 nəfərin həyatına son qoyduğunu açıqlayıb. Avropa.info xəbər verir ki, səhiyyə naziri Marisol Turain ölkə ərazisində 29 iyun-5 iyul tarixləri arasında ölkədə olan isti hava şəraiti 700 nəfərin həlak olmasına səbəb olub. Turain ötən ilin eyni dövrünə nisbətən ölüm hallarının 7 %, təcili yardıma müraciət edənlərin də 3 dəfə artdığını bildirib. Bu il istilik səbəbilə ölənlərin sayı 2003-cü ildə şiddətli istilər səbəbilə ölənlərin sayından olduqca aşağı olub. Fransada 29 iyun-5 iyul tarixləri arasında ölkənin bir çox bölgəsində 40 dərəcədən artıq istilər olub. Ölkə son 60 ilin ən isti günlərini yaşayıb. 2003-ci ilin avqust ayında baş vermiş şiddətli istilər səbəbilə çoxunu tənha yaşayan yaşlı insanların təşkil etdiyi təxminən 20 min nəfər dünyasını dəyişmişdi. Geri dön |