Azərbaycanda cinayət edən yeniyetmələr - Oğlanlar arasında qızlar da az deyil
Tarix: 16-07-2015, 15:55 | Çap et
Azərbaycanda cinayət edən yeniyetmələr - Oğlanlar arasında qızlar da az deyil
Dövlət Statistika Komitəsi Modern.az saytının yazılı sorğusunu cavablandırıb.

Sorgumuz cinayət törətmiş 18 yaşına çatmamış şəxslərin sayı və son 5 ilin statistik göstəricisi, həmçinin cinayət törədən yeniyetmələr arasında üstünlüyü daha çox oğlanlar, yoxsa qızların təşkil etməsi ilə bağlı idi.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rafael Süleymanov Modern.az-a bildirib ki, cinayət törədən yeniyetmələr arasında üstünlüyü oğlanlar (95-98 faiz arasında, 5 ildə) təşkil edir:

“14-18 yaşadək yeniyetmələr 2010-cu ildə 439, 2011-ci ildə 475, 2012-ci ildə 490, 2013-cü ildə 514, 2014-cü ildə 481 cinayət törədib.

Bundan əlavə, cinayət törətmiş 14-18 yaşadək yeniyetmələrin sosial-demoqrafik əlamətlərinə görə bölgüsü belədir.

2010-cu ildə 439 cinayətin 414-nü oğlan, 25-ni qız törədib;

2011-ci ildə 475 cinayətin 460-nı oğlan, 15-ni qız törədib;

2012-ci ildə 490 cinayətin 472-si oğlan, 18-i qız törədib;

2013-cü ildə 514 cinayətin 504-ü oğlan, 10-u qız törədib;

2014-cü ildə 418 cinayətin 465-in oğlan, 16-n qızlar törədib”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net