Ana Sayfa > Xəbər > Azərbaycanda cinayət edən yeniyetmələr - Oğlanlar arasında qızlar da az deyil
Azərbaycanda cinayət edən yeniyetmələr - Oğlanlar arasında qızlar da az deyil16-07-2015, 15:55. Yazar: admin |
Dövlət Statistika Komitəsi Modern.az saytının yazılı sorğusunu cavablandırıb. Sorgumuz cinayət törətmiş 18 yaşına çatmamış şəxslərin sayı və son 5 ilin statistik göstəricisi, həmçinin cinayət törədən yeniyetmələr arasında üstünlüyü daha çox oğlanlar, yoxsa qızların təşkil etməsi ilə bağlı idi. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rafael Süleymanov Modern.az-a bildirib ki, cinayət törədən yeniyetmələr arasında üstünlüyü oğlanlar (95-98 faiz arasında, 5 ildə) təşkil edir: “14-18 yaşadək yeniyetmələr 2010-cu ildə 439, 2011-ci ildə 475, 2012-ci ildə 490, 2013-cü ildə 514, 2014-cü ildə 481 cinayət törədib. Bundan əlavə, cinayət törətmiş 14-18 yaşadək yeniyetmələrin sosial-demoqrafik əlamətlərinə görə bölgüsü belədir. 2010-cu ildə 439 cinayətin 414-nü oğlan, 25-ni qız törədib; 2011-ci ildə 475 cinayətin 460-nı oğlan, 15-ni qız törədib; 2012-ci ildə 490 cinayətin 472-si oğlan, 18-i qız törədib; 2013-cü ildə 514 cinayətin 504-ü oğlan, 10-u qız törədib; 2014-cü ildə 418 cinayətin 465-in oğlan, 16-n qızlar törədib”. Geri dön |