Nazir: "Cənub Qaz Dəhlizi"nin Azərbaycan hissəsindəki tikinti işlərinin 50%-i yerinə yetirilib"
Tarix: 14-07-2015, 17:25 | Çap et
Nazir: "Cənub Qaz Dəhlizi"nin Azərbaycan hissəsindəki tikinti işlərinin 50%-i yerinə yetirilib"
"Cənub Qaz Dəhlizi" layihəsinin Azərbaycan hissəsindəki tikinti işlərinin 50%-i artıq yerinə yetirilib.

"APA-Ecnomics" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

"2015-ci il olmasına baxmayaraq, biz bu layihə üzrə qrafiki qabaqlamışıq. Bizim üzərimizə "Cənub Qaz Dəhlizi" kəmərinin genişləndirilməsi düşür. Biz bütün layihələri 2019-cu ildə başa çatdırmalıyıq. Amma biz artıq işlərin 50%-ini görüb başa çatdırmışıq. Bu, bizi daha da ruhlandırır", - deyə nazir qeyd edib.

N. Əliyev deyib ki, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisi ilə bağlı da işlər qrafikə uyğun həyata keçirilir: "Biz bu layihəni də nəzarətdə saxlayırıq. Tez-tez İstanbul və Ankarada müşavirələr keçiririk. Tərəfdaşlarımız bizi aparılan işlər barəsində məlumatlandırırlar. Orada da qrafik üzrə gecikmə yoxdur".

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) inşaat işlərindən danışan N. Əliyev deyib ki, bu kəmərin tikintisinə gələn ildən başlanacaq. "Düşünürəm ki, burada heç bir problemlə üzləşməyəcəyik", - deyə nazir bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net