Ana Sayfa > Xəbər > Nazir: "Cənub Qaz Dəhlizi"nin Azərbaycan hissəsindəki tikinti işlərinin 50%-i yerinə yetirilib"
Nazir: "Cənub Qaz Dəhlizi"nin Azərbaycan hissəsindəki tikinti işlərinin 50%-i yerinə yetirilib"14-07-2015, 17:25. Yazar: admin |
"Cənub Qaz Dəhlizi" layihəsinin Azərbaycan hissəsindəki tikinti işlərinin 50%-i artıq yerinə yetirilib. "APA-Ecnomics" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib. "2015-ci il olmasına baxmayaraq, biz bu layihə üzrə qrafiki qabaqlamışıq. Bizim üzərimizə "Cənub Qaz Dəhlizi" kəmərinin genişləndirilməsi düşür. Biz bütün layihələri 2019-cu ildə başa çatdırmalıyıq. Amma biz artıq işlərin 50%-ini görüb başa çatdırmışıq. Bu, bizi daha da ruhlandırır", - deyə nazir qeyd edib. N. Əliyev deyib ki, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisi ilə bağlı da işlər qrafikə uyğun həyata keçirilir: "Biz bu layihəni də nəzarətdə saxlayırıq. Tez-tez İstanbul və Ankarada müşavirələr keçiririk. Tərəfdaşlarımız bizi aparılan işlər barəsində məlumatlandırırlar. Orada da qrafik üzrə gecikmə yoxdur". Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) inşaat işlərindən danışan N. Əliyev deyib ki, bu kəmərin tikintisinə gələn ildən başlanacaq. "Düşünürəm ki, burada heç bir problemlə üzləşməyəcəyik", - deyə nazir bildirib. Geri dön |