Tuskun Gürcüstana səfəri təxirə salındı
Tarix: 13-07-2015, 17:10 | Çap et
Tuskun Gürcüstana səfəri təxirə salındı
Avropa Şurasının (AŞ) prezidenti Donald Tuskun Gürcüstan səfəri Yunanıstanla bağlı vəziyyətlə əlaqədar olaraq təxirə salınıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə AŞ-ın prezidenti Preben Aaman bildirib.

`Siz bilirsiniz ki, Yunanıstanla bağlı uzunmüddətli sammit keçirilib. Qarşıda bizi xeyli sayda görüşlər və danışıqlar gözləyir. Ona görə də mövcud vəziyyətlə əlaqədar olaraq səfər təxirə salınır`, - deyə Aaman vurğulayıb.

Onun sözlərinə görə, hazırda Donald Tuskun Gürcüstana nə vaxt səfər edəcəyi bilinmir.
Gürcüstan prezidentinin dəvəti əsasında Donald Tusk iyulun 14-ü Gürcüstana səfər etməli idi. Prezidentlə yanaşı, onun baş nazir, parlament sədri, Katolikos – patriarxla görüşləri nəzərdə tutulurdu.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net