Ana Sayfa > Xəbər > Tuskun Gürcüstana səfəri təxirə salındı
Tuskun Gürcüstana səfəri təxirə salındı13-07-2015, 17:10. Yazar: admin |
Avropa Şurasının (AŞ) prezidenti Donald Tuskun Gürcüstan səfəri Yunanıstanla bağlı vəziyyətlə əlaqədar olaraq təxirə salınıb. AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə AŞ-ın prezidenti Preben Aaman bildirib. `Siz bilirsiniz ki, Yunanıstanla bağlı uzunmüddətli sammit keçirilib. Qarşıda bizi xeyli sayda görüşlər və danışıqlar gözləyir. Ona görə də mövcud vəziyyətlə əlaqədar olaraq səfər təxirə salınır`, - deyə Aaman vurğulayıb. Onun sözlərinə görə, hazırda Donald Tuskun Gürcüstana nə vaxt səfər edəcəyi bilinmir. Gürcüstan prezidentinin dəvəti əsasında Donald Tusk iyulun 14-ü Gürcüstana səfər etməli idi. Prezidentlə yanaşı, onun baş nazir, parlament sədri, Katolikos – patriarxla görüşləri nəzərdə tutulurdu. Geri dön |