Builki seçkilərdə gözlənilən sürprizlər - AÇIQLAMA
Tarix: 13-07-2015, 14:44 | Çap et
Builki seçkilərdə gözlənilən sürprizlər - AÇIQLAMA
Bu ilin noyabrında keçirilməsi gözlənilən beşinci çağırış parlament seçkilərinə 4 aydan da az qalıb. Ancaq nədənsə seçki prosesini həyata keçirəcək qurumun – Mərkəzi Seçki Komissiyasının (MSK) süstlüyü hiss olunmaqdadır.

Seçki məcəlləsinə dəyişiklik ediləcəkmi? Boşluqlar varmı, varsa seçkilər öncəsi qanun və nizamnamələrə hər hansı dəyişikliklər ediləcəkmi? Seçki məcəlləsi ilə yanaşı MSK-nın qəbul etdiyi təlimat və izahlı qaydaların özü beynəlxalq öhdəliklərin tələblərinə nə dərəcədə uyğundur? Dəyişdirilməsinə, yenilənməsinə ehtiyac yoxdurmu?

Bu süstlüyün səbəbi və qaynağı nəyə dayanır?

Hafta.az-ın suallarını cavablandıran MSK üzvü Akif Qurbanovun bildirdiyinə görə, Seçki Məcəlləsinin tələblərində hələlik heç bir dəyişiklik yoxdur:

“Mərkəzi Seçki Komissiyası da hansısa dəyişikliklərlə bağlı iş görməyib. Ən azından bu haqda məndə məlumat yoxdur. Onu da deyim ki, məcəllənin özündə kifayət qədər boşluqlar var. Dəyişdirilmə zərurəti var”.

Akif Qurbanov hesab edir ki, bu zərurət də ilk növbədə komissiyaların tərkibinin dəyişdirilməsindən başlayır:

“Seçki müddətinin artırılması, namizədlərin və siyasi partiyaların seçkidə iştirakı imkanını məhdudlaşdıran halların qarşısının alınması halları müddəalarda öz əksini tapmalıdır. Təbliğat və təşviqat müddətinin artırılması məsələsinə də aydınlıq gətirilməlidir. Buna da kifayət qədər müddət yaradılmalıdır. Təssüf ki, son dəyişiklər bu müddəti məhdudlaşdırıb. Bu istiqamətlərdə islahatların aparılmasına ciddi ehtiyac var.Seçki məcəlləsi ilə yanaşı MSK-nın qəbul etdiyi təlimat və izahlı qaydaların özü də beynəlxalq öhdəliklərin tələblərinə ziddir. Bu hal təlimat və izahlar məcəllənin müddəalarını daha da məhdudlaşdırıcı edib. Seçki komissiyası da təlimatlara uyğun olaraq prosesləri həyata keçirir. Dəyişiklər edilməsə bu ciddi pozuntulara gətirib çıxara bilər. Bunlar aradan qaldırılmalıdır”.

Mərkəzi Seçki Komissiyasının üzvü seçkilərə indiyə qədər start verilməsinin səbəblərinə də aydınlıq gətirib:

“Əslində seçkilərə start verilməlidir. Start verildikdən dərhal sonra namizədlərin irəli sürülməsi prosesi başlayır. Konsitusiyanın tələbinə görə parlament seçkiləri bu il noyabrın birinə düşür. Parlamentin rəsmi elanı isə prezident tərəfindən xüsusi sərəncamla elan edilir. Bundan sonra Mərkəzi Seçki Komissiyası toplanır. Beləliklə də seçkilərlə bağlı bütün proseslərə start verilir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net