
Ermənistan Rusiya hərbi bazasını öz ərazisindən çıxarmaq imkanını nəzərdən keçirmir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
"Hazırda bu məsələni müzakirə etmirik, bu barədə söhbətimiz olmayıb", - deyə o, jurnalistin Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasına baxılıb-baxılmaması ilə bağlı sualına cavabında qeyd edib.