BMT-də Serebrenitsa qırğını müzakirə edilir
Tarix: 7-07-2015, 17:42 |
Çap et
BMT-nin təhlükəsizlik şurası iyulun 7-də Serebrenitsa qırğınının 20 illiyi və bu faciənin soyqırım kimi tanınması barədə qətnamə layihəsini müzakirə edir.
Sənədi Böyük Britaniya təklif edib.
Rusiyanın bu sənədə qarşı çıxacağı gözlənilir.
1995-ci il Bosniya müharibəsi zamanı Serebrenitsada 6 mindən çox müsəlman kişi kütləvi qətlə yetirilib.
Bəzi məlumatlarda ölənlərin azı 8 min nəfər olduğu bildirilir.
Rusiya ilə yanaşı Serbiya və Bosniya serblərinin liderləri də qətnamə layihəsini rədd edir və bunun soyqırım olmadığını deyirlər.
Rusiyanın BMT-ki elçisinin müavini Petr İlicev qətnamə layihəsinin mübahisəli və birtərəfli olduğunu bildirib.
İyulun 11-də Bosniya-Hersoqovinada Serebrenitsa qırğınının 20 illiyi anılacaq.
Beynəlxalq Haaqa məhkəməsi Serebrenitsa hadisələrini soyqırım kimi qəbul edib.