Ana Sayfa > Xəbər > BMT-də Serebrenitsa qırğını müzakirə edilir
BMT-də Serebrenitsa qırğını müzakirə edilir7-07-2015, 17:42. Yazar: admin |
BMT-nin təhlükəsizlik şurası iyulun 7-də Serebrenitsa qırğınının 20 illiyi və bu faciənin soyqırım kimi tanınması barədə qətnamə layihəsini müzakirə edir. Sənədi Böyük Britaniya təklif edib. Rusiyanın bu sənədə qarşı çıxacağı gözlənilir. 1995-ci il Bosniya müharibəsi zamanı Serebrenitsada 6 mindən çox müsəlman kişi kütləvi qətlə yetirilib. Bəzi məlumatlarda ölənlərin azı 8 min nəfər olduğu bildirilir. Rusiya ilə yanaşı Serbiya və Bosniya serblərinin liderləri də qətnamə layihəsini rədd edir və bunun soyqırım olmadığını deyirlər. Rusiyanın BMT-ki elçisinin müavini Petr İlicev qətnamə layihəsinin mübahisəli və birtərəfli olduğunu bildirib. İyulun 11-də Bosniya-Hersoqovinada Serebrenitsa qırğınının 20 illiyi anılacaq. Beynəlxalq Haaqa məhkəməsi Serebrenitsa hadisələrini soyqırım kimi qəbul edib. Geri dön |